TSK PKK-ya aviazərbələr endirib: 11 terrorçu zərərsizləşdirilib

2018/07/14897410251458484151_1530683390.jpg
Oxunub: 2100     13:08     04 İyul 2018    
Türkiyə ordusu İraqın şimalında anti-terror əməliyyatları həyata keçirib.

Ordu.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyatlar Şimali İraqın Kandil, Avaşin-Basyan və Qara bölgələrində həyata keçirilib.

Əməliyyatlarla bağlı Türkiyə Müdafiə Nazirliyindən edilən açıqlamada bildirilir ki, ordunun terrorçulara havadan endirdiyi zərbələr nəticəsində 11 PKK üzvü zərərsizləşdirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK   Anti-Terror-Əməliyyatları  


Bizi "telegram"da izləyin