Əfqanıstan ordusu əməliyyatları davam etdirir: 60 qiyamçı məhv edildi

2018/07/received_2077637445782884_1530642982.jpeg
Oxunub: 2226     02:23     04 İyul 2018    
Əfqanıstan ordusu ölkənin müxtəlif bölgələrində "Taliban" üzərinə havadan və qurudan raket zərbələri endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatlar ölkənin Qəzni, Xost, Maydan, Vardak, Paktiya, Uzqan, Kündüz və Badqiş bölgələrində həyata keçirilir.

Son 24 saat ərzində ordunun endirdiyi artilleriya zərbələri nəticəsində ümumilikdə 60 "Taliban" qiyamçısıı məhv edilib, daha 36-sı isə yaralanıb.

Eyni zamanda Hilmənddə qruplaşmaya məxsus bir silah bazası yerlə-yeksan edilib.

Qeyd edək ki, ordu qüvvələrindən əməliyyatlarda hələlik ölən və yaralanan yoxdur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin