Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə Sinqapur Müdafiə naziri Nq Enq Hen bəyan edib.
Onun sözlərinə görə, korvetlərin çoxfunksiyalı döyüş gəmiləri ilə əvəzlənməsi planlaşdırılır. “Victory” sinifli gəmilər ilk dəfə 1990-cı ildə istifadəyə verilib. Onların uzunluğu 62 metr, maksimum sürəti isə 65 km/saatdır.
Hazırda istifadə olunan korvetlərin 2025-ci ildə istifadədən çıxarılması və eyni dövrdə yeni çoxfunksiyalı döyüş vasitələrinin donanmaya təqdim edilməsi planlaşdırılır.
Ağalar Ağalarlı
Ordu.az