“Lockheed” BƏƏ-yə gecə görmə sensor sistemləri satacaq

2018/07/received_2185060188392972_1530632765.jpeg
Oxunub: 1680     00:56     04 İyul 2018    
“Lockheed Martin” Birləşmiş Ərəb Əmirliyi ilə “Apache” helikopterlərinin pilotları üçün gecə görmə sensor sistemlərinə dair müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə kompaniyanın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müqavilənin dəyəri 288 milyon dollardan bir qədər çoxdur. Müqavilə əsasında kompaniya BƏƏ-yə Yenilənmiş Nişanalma Üçün Görüş/Pilot Gecə Görmə Sensor Sistemləri, onların komponentlərini və s. çatdıracaq.

Bundan başqa BƏƏ-nin “Apache” helikopterləri üçün texniki təmir xidməti də göstəriləcək. Müqavilədə nəzərdə tutulan işlər ABŞ-ın Florida ştatında həyata keçiriləcək və 2021-ci il dekabrın 31-də başa çatacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   BƏƏ   Apache  


Bizi "telegram"da izləyin