“KeyW” ABŞ QQ-nin kəşfiyyat təlim sistemlərinə dəstək təmin edəcək

2018/07/received_2185044088394582_1530632394.jpeg
Oxunub: 1520     00:08     04 İyul 2018    
“KeyW” korporasiyası ABŞ Quru Qoşunlarının kəşfiyyat təlim sistemlərinə qlobal dəstəklə bağlı müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, altı illik nəzərdə tutulan müqavilə əsasında kompaniya QQ-nin kəşfiyyat təlimi sistemlərinə, simulyatorlara dəstək verərək onların etibarlılıq dərəcəsini yüksəltməyə çalışacaq.

Qeyd edək ki, “KeyW” kəşfiyyat, kiber və terrorizmlə mübarizə sahələrində təhlükəsizlik üzrə ixtisaslaşmış firmadır. Şirkətin iki mindən çox professional əməkdaşı var.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KeyW   ABŞ-QQ  


Bizi "telegram"da izləyin