Hindistan ordusu üçün yeni tüfənglər alınacaq

2018/07/received_2077348945811734_1530632191.jpeg
Oxunub: 4333     23:43     03 İyul 2018    
Hindistan Müdafiə Nazirliyinə məxsus heyət bir neçə dövlətə silah alışı üçün yola düşüb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Hindistan Müdafiə Nazirliyindən bildirilib.

Açıqlamada qeyd olunub ki, son zamanlar Hindistan ordusu daxilində silah çatışmazlığının aradan qaldırılması üçün ciddi addımlar atılır.

“Son olaraq ordu generalının rəhbərliyi altında 9 nəfərlik heyət ABŞ, Avstraliya, Koreya Respublikası, İsrail və BƏƏ-yə göndərilib. Təlimata əsasən ekspert heyəti bu ölkələrdən ümumilikdə 72400 ədəd hücum tüfəngi, 93895 ədəd karabin sinfinə aid CQB tüfəngi alınması ilə bağlı müqavilələr imzalayacaq”, - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, daha öncə Hindistan ordusu daxilində 800 min hərbçi üçün ən adi piyada döyüş silahlarının, tüfənglərin çatışmaması ilə bağlı mətbuatda xəbərlər yayılıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Tüfəng  


Bizi "telegram"da izləyin