Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni aviabaza daimi xarakterli olacaq.
Məsələ ilə bağlı Rusiya Hərbi Hava Qüvvələrindən bildirilən açıqlamada qeyd olunub ki, təyyarələr aviabazadan 5000 kilometr məsafədəki İrkutsk aviasiya istehsal zavodundan gətirilib.
Bildirilib ki, yeni filotiliya 12 ədəd yeni gətirilmiş Su-30SM qırıcısından ibarət olacaq.
Qeyd edək ki, aviabazada daha öncə MİG-29SMT təyyarələri fəaliyyət göstərirdi. Yeni qırıcıların gətirilməsi ilə onların bazada istifadəsinə son verilib.
Dəyanət Ağalarlı
Ordu.az