Rusiya 2028-2035-ci illərdə “Soyuz-5”in sınağını keçirəcək

2018/07/1197733_1530625487.jpg
Oxunub: 3181     21:47     03 İyul 2018    
Rusiya HHQ nəhəng ölçülü raket daşıyıcısının sınaq uçuşunu ən tezi 10 il sonra həyata keçirə biləcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Rusiya Müdafiə Nazirliyindən səsləndirilib.

Bəyanatda qeyd olunur ki, “Soyuz 5” raketinin inkişaf proqramı 3 mərhələlidir.

Birinci mərhələ 2028-ci ilə qədər olan dövrü əhatə edəcək. Belə ki, bu dövrdə artıq dizaynı başlamış olan prototip versiya hazır olacaq və raketin kütləvi istehsalına keçiləcək.

İkinci mərhələdə kütləvi istehsal yekunlaşdıqdan sonra təyyarənin ən son mərhələdə beynəlxalq əməkdaşlıq fonunda xarici ölkələrə satışı həyata keçiriləcək.

İşlərin gecikə biləcəyini də nəzərə alaraq istehsalçılar raketin sınağının 2028-2035-ci illərdə həyata keçiriləcəyini bildirib.

Qeyd edək ki, orta ölçülü bu raketin ümumi istehsal xərcləri 968 milyon dollardır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Soyuz-5   Raket  


Bizi "telegram"da izləyin