Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, məsələ ilə bağlı rəsmi açıqlamanı Əfqanıstan Müdafiə Nazirliyinin sözcüsü Məhəmməd Radmaniş bildirib.
O qeyd edib ki, atəşkəsin 10 gün uzadılması ilə bağlı Əfqanıstan Prezidenti Əşrəf Qaninin birtərəfli qərarının qarşı tərəfdən düzgün şəkildə anlaşılacağını gözləyirdik.
“Qarşı tərəf bu müddətin bitməsini belə gözləmədən atəşkəsi yenidən pozdu. Bu onu göstərir ki, "Taliban" Əfqanıstanda sülhün formalaşdırılmasında maraqlı deyil. Bu adımlara cavab olaraq ölkədəki ABŞ hərbi bazasından qaldırılan qırcılar son 10 gün ərzində 20-dən çox "Taliban" mövqeyini bombalayıb. Hava əməliyyatları bundan sonra da davam etdiriləcək”, - deyə açıqlamada qeyd olunub.
Dəyanət Ağalarlı
Ordu.az