Pentaqon M1 tanklarının modernizasiyası üçün 451 milyon xərcləyəcək

2018/07/abrams-1800x1200_1530623055.jpg
Oxunub: 1927     21:09     03 İyul 2018    
Pentaqon ordunun xidmətindəki “M1 Abrams” tanklarının modernizasiyası üçün “Leonardo DRS” və “Rafael” şirkətləri ilə müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqaviləyə əsasən hər iki şirkət tankların “Trophy” aktiv müdafiə sistemləri ilə təchizatını həyata keçirəcək.

Məsələ ilə bağlı Pentaqondan bildirilən açıqlamada qeyd olunub ki, bu sistemin “M1 Abrams”lara inteqrasiyası nəticəsində tankların raketdən müdafiə qabiliyyəti artırılacaq.

Qeyd edək ki, müqavilənin ümumi dəyəri 451 milyon dollardır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tank   Modernizasiya  


Bizi "telegram"da izləyin