Yüksək səviyyəli Çin hərbi nümayəndə heyəti Hindistana gedib

2018/07/1484845145814584_1530622142.jpg
Oxunub: 2330     20:43     03 İyul 2018    
Çinin yüksək səviyyəli hərbi nümayəndə heyəti Çin-Hindistan sərhədlərinin təhlükəsizliyi məsələsini müzakirə etmək üzrə Hindistana gedib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki nümayəndə heyətinə Xalq Azadlıq Ordusunun general-leytenantı Liu Xiaovu başçılıq edir.

Onlar burada bir sıra hərbi rəsmilərlə, eləcə də Çin-Hindistan sərhədinin Səkkəm sektorunu mühafizə edən şərq komandanlığının nümayəndələri ilə görüşəcəklər.

Bəzi məlumatlara görə, nümayəndə heyəti dörd gün Hindistanda qalacaq. 8 nəfərlik heyət hazırda paytaxt Yeni Dehlidədir və buradan Kəlküttəyə gedərək Hindistan Quru Qoşunlarının şərq komandanlığı ilə danışıqlar aparacaqlar.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Hindistan  


Bizi "telegram"da izləyin