Xorvatiya İsraildən qırıcı təyyarələr alacaq

2018/07/4598452102121_1530621658.jpg
Oxunub: 1640     20:31     03 İyul 2018    
Xorvatiya ordusu İsraildən F-16 çox məqsədli qırıcı təyyarə almağı planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Xorvatiyanın İsraildə səfərdə olan Müdafiə naziri Damir Krsticevic bəyan edib

Nazir İsrailin şimalında 3 F-16 eskadrasının yerləşdiyi “Ramat David” aviabazasına baş çəkib. Burada aviabazanın komandiri ilə görüşən nazir İsrailin öz bilik və təcrübələrini Xorvatiya ilə paylaşmasının əhəmiyyətindən danışıb.

Bundan sonra F-16-ların alınmasına dair planı açıqlayıb: “Plan belədir ki, İsrailin F-16-larını bu bazadan Xorvatiyaya aparaq. Arzumuz 2020-ci ildə iki təyyarəni Xorvatiya səmasında görməkdir. Ümid edirəm ki, bu baş verəcəkdir”.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xorvatiya   İsrail   F-16  


Bizi "telegram"da izləyin