Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Afrika Komandanlığının mətbuat xidməti məlumat yayıb.
Agadez Afrikanın şimal-qərb bölgəsində ən əhəmiyyətli strateji nöqtələrdən biri hesab olunur. ABŞ ordusu burada tikilməkdə olan dron bazasından gələcəkdə terrorla mübarizə əməliyyatlarında istifadə etməyi planlaşdırır.
Qeyd edək ki, 2013-cü ildə Nigerlə ABŞ arasında əldə edilmiş razılığa əsasən ABŞ ordusu ölkəyə 100 əsgər göndərib. Onlar burda terror qruplaşmalarına qarşı dron kəşfiyyat missiyası həyata keçirir.
Ağalar Ağalarlı
Ordu.az