Çin Hind okeanında gizli hərbi baza tikir?

2018/07/48849845151451_1530619671.jpg
Oxunub: 2690     20:02     03 İyul 2018    
Şri Lanka dəniz bazasını Çin tərəfindən inşa edilən və nəzarəti Çinin əlində olacaq limana çevirir. O, bunun limanda təhlükəsizliyi gücləndirəcəyini düşünür.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hazırda turistik bölgə olan Qalledə yerləşən baza 125 kilometr şərqdəki Hambantotaya köçürüləcək.

Hambantota Asiya və Avropa arasında əsas təchizat xətlərinin yaxınlığında yerləşir. 1,5 milyard dollar yatırım ediləcək limanın Çinin “Kəmər və Yol” təşəbbüsündə əhəmiyyətli rol oynayacağı gözlənilir.

Baza 1,12 milyard dollara Çin holdinqinə kirayə verilib. Şri Lanka hökumətindən olan mənbə ABŞ, Hindistan və Yaponiyanın bu xəbərdən sonra narahatlığını dilə gətirdiyini bildirib. Belə ki, onlar Çinin buranı dəniz bazası kimi istifadə etməsində ehtiyat edirlər.

Şri Lanka hökuməti bunu təkzib edib və razılaşmada limanın hərbi məqsədlər üçün istifadə edilməsinin qadağan edildiyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Şri-Lanka   Hind-okeanı  


Bizi "telegram"da izləyin