Pentaqon İŞİD-ə qarşı kiber silah təkmilləşdirir

2018/07/148948411514_1530617430.jpg
Oxunub: 1566     19:25     03 İyul 2018    
Pentaqon İŞİD-ə qarşı hücumlarda və ABŞ-ın başqa dövlətlərin hücumundan qorunmasında istifadə etmək üzrə yeni kiber silah sistemi təkmilləşdirir.

Ordu.az “Daily Mail” istinadən xəbər verir ki, layihə Pentaqonun Kiber Komandanlığı tərəfindən həyata keçirilir.

Məlumata görə, yeni sistem ABŞ-ın kiber qoşunlarının əldə etdiyi hücum və müdafiə alətlərindən ibarət birləşdirilmiş platforma təmin edəcək.

Birləşdirilmiş Platforma adının verildiyi sistem ABŞ-ın bütün onlayn əməliyyatlarının inteqral tərkib hissəsi olacaq. O, həm də qırıcı təyyarələrin pilotları, yaxud aviadaşıyıcıların dənizçiləri üçün həyati əhəmiyyətli dəstək xidməti təmin edəcək.

Hətta bəzi sənaye rəsmiləri onun kiber, kəşfiyyat, nəzarət, axtarış əməliyyatlarında istifadə ediləcəyindən dolayı proqramın “kiber daşıyıcı” adlandırılmasını təklif edirlər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   pentaqon   kiber-silah  


Bizi "telegram"da izləyin