Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Misir hökuməti əməliyyatların ordu adına uğurlu keçdiyi qənaətindədir.
Hesabatda qeyd olunub ki, terrorçu qruplaşmalara qarşı bu ilin fevralında keçirilən əməliyyatlar zamanı ümumilikdə 200-ə qədər terrorçu zərəsizləşdirilib, daha yüzlərlə terrorçu isə yaralanıb.
Bölgədə keçirilən axtarış əməliyyatları zamanı isə 59 nəfər terrorçuluqda şübhəli bilinərək nəzarət altına alınıb.
Həmçinin bildirilir ki, ordunun havadan, dənizdən və qurudan endirdiyi zərbələr nəticəsində terrorçulara məxsus 285 sığınacaq və bir silah anbarı yerlə-yeksan edilib. Eyni zamanda 12 döyüş maşını və çox sayda zirehli texnika yararsız hala salınıb.
Əməliyyatlardan sonra bölgədə keçirilən axtarışlar zamanı ərazidən terrorçulara məxsus 8 ədəd döyüş maşını müəyyən edilərək müsadirə olunub.
Dəyanət Ağalarlı
Ordu.az