Polşa MN: ABŞ-ın Polşada daimi hərbi bazasının açılması planı doğru addımdır

2018/07/mariusz-blaszczak_1530613217.jpg
Oxunub: 3283     18:18     03 İyul 2018    
Polşa Müdafiə naziri ölkəsinin NATO müttəfiqliyi çərçivəsində Pentaqondan hərbi baza açması ilə bağlı etdiyi tələbi müsbət qiymətləndirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Polşa Müdafiə naziri Marius Blaşzak bu barədə ötən gün jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, Polşa hazırda NATO daxilində gələcəyi ən çox şübhə doğuran üzvdür.

“Biz Rusiya və NATO-nun sərhədində yerləşirik. Son zamanlarda Rusiyanın atdığı müəmmalı addımların əsas məqsədini müəyyən etmək olduqca qəlizləşib. Ola bilsin ki, rəsmi Moskvanın bu addımları Polşaya təhdid yaratmaq məqsədi güdür. Biz bütün ehtimalları nəzərə alaraq bu təhdidlərə hazırlıqlı olmalıyıq. Ölkəmizdə ABŞ-a məxsus daimi hərbi bazanın açılması ilə bağlı planlar olduqca təqdirəlayiqdir”, - deyə nazir bildirib.

Qeyd edək ki, daha öncə Polşa hökuməti ABŞ-dan ölkədə hərbi baza formalaşdırmasını istəyib və bu tələbin həyata keçiriləcəyi təqdirdə ortaya çıxacaq xərclərin böyük ölçüdə Varşava tərəfindən qarşılanacağı bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   NATO   ABŞ  


Bizi "telegram"da izləyin