Yaponiya ilə "Lockheed" arasında yekun razılıq əldə edilib

2018/07/498451514584_1530609546.jpg
Oxunub: 3117     17:44     03 İyul 2018    
Yaponiya Müdafiə Nazirliyi radar sisteminin alışı ilə bağlı qərarını dəqiqləşdirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Yaponiya Müdafiə Nazirliyindən verilib.

Məlumatda qeyd olunub ki, əməkdaşlıq nəticəsində şirkət 2023-cü ilə kimi Tokioya “LRDR” sinif uzun mənzilli radar sistemini təhvil verəcək.

Bildirilir ki, şirkətə bu əməkdaşlıq çərçivəsində 3,07 milyard dollar ödənəcək ki, bu da proporsional olaraq 2019-2023-cü illərin dövlət büdcələri hesabına təmin ediləcək.

Qeyd edək ki, daha öncə Yaponiya bu barədə planlarını elan etdikdə bir çox dövlət tərəfindən kəskin etirazlarla qarşılanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Lockheed-Martin   Tokio  


Bizi "telegram"da izləyin