Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatlar ölkənin qərb sahillərində baş verib.
Məsələ ilə bağlı münasibət bildirən koalisiya birliklərinin sözcüsü Turki Əl-Maliki bildirib ki, Husi qiyamçılarının həyata keçirdiyi hücumlar nəticəsində çox sayda mülki vətəndaş öldürülüb.
“Qiyamçılar hücumlar zamanı İran istehsalı olan ballistik raketlərdən istifadə edib. Hücumlarda mülki əhalinin təhlükəsizliyi qətiyyən nəzərə alınmır. Son hücumlar zamanı çox sayda mülki vətəndaş ölüb yaxud yaralanıb", - deyə sözcü bildirib.
Dəyanət Ağalarlı
Ordu.az