ABŞ HDQ-yə məxsus döyüş gəmisi Atlantik okeanının şimalına doğru yönəlib

2018/07/submarine_resize_md_1530607407.jpg
Oxunub: 4462     16:37     03 İyul 2018    
Pentaqon Rusiyanın Atlantik okeana aviadaşıyıcı yerləşdirməsindən dərhal sonra bu addıma cavab məqsədilə öz gəmisini bölgəyə göndərib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı ABŞ donanmasının komandiri admiral Con Perkins bildirib.

O qeyd edib ki, son zamanlarda Rusiya Atlantik hövzəsində müəmmalı addımlar atmaqdadır.

“Rusiyanın Atlantik okeanının ABŞ sahilləri istiqamətində aviadaşıyıcı yerləşdirməsi ola bilsin ki, bir təhdid məqsədi daşıyır. Biz bunu dəqiqləşdirə bilmərik. Lakin ABŞ Donanması istənilən halda bu addıma cavab verməli idi və artıq verib də. Donanmanın Aralıq dənizindəki birliklərinə məxsus “Harry Truman” sualtı gəmisi Rusiya aviadaşıyıcısı yaxınlığına yerləşdirilib”, - deyə o bildirib.

Qeyd edək ki, bundan əlavə ABŞ-ın Atlantik okeanının şimalında daha 3 ədəd aviadaşıyıcısı və çox sayda döyüş gəmiləri mövcuddur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Sualtı-Gəmi  


Bizi "telegram"da izləyin