Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ donanmasının admiralı Ceyms Foqqo danışıb.
Həm də NATO-nun Müttəfiq Qüvvələrinin Neapol Komandanlığının komandiri olan Foqqo Polşanın şimalında yerləşən Ballistik Raketdən Müdafiə bazasına baş çəkib.
O, burada planlaşdırma komitəsinin, konstruksiya işləri personalının rəsmiləri ilə görüşərək, layihənin gedişatı barədə məlumat alıb. Daha sonra jurnalistlərlə görüşən Foqqo bazada işlərin 2020-ci ildə yekunlaşacağını bildirib.
Ağalar Ağalarlı
Ordu.az