Türk pilotlar F-35 qırıcıları ilə ilk təlim uçuşları həyata keçirəcək

2018/07/2914708520edb11b79a0504ac3706e1d_ce_1800x960x60x0_cropped_800x427_1530605467.jpg
Oxunub: 4279     16:12     03 İyul 2018    
Türkiyə HHQ-yə məxsus bir neçə pilot ABŞ-dan alınacaq F-35 qırıcı təyyarələrinin sınaq uçuşunu həyata keçirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Pentaqon sözcüsü Rob Menninq bildirib.

O qeyd edib ki, artıq qırıcılar sınaq uçuşlarının həyata keçiriləcəyi “Luke” aviabazasına gətirilib.

“İlkin mərəhələ üçün 100 ədəd F-35 qırıcısı artıq hazır vəziyyətdədir və Türkiyə pilotlarının təyyarələri sınaqdan keçirməsi məqsədilə aviabazaya gətirilib. Sınaqlar uğurla keçəcəyi təqdirdə qırıcılar növbəti il ərzində mərhələli şəkildə Ankaraya təhvil veriləcək”, - deyə o vurğulayıb.

Qeyd edək ki, sınaq uçuşlarının qarşıdakı günlərdə həyata keçirilməsi planlaşdırılır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə   F-35  


Bizi "telegram"da izləyin