Sərhəd Keçid Məntəqələrində iyunun ikinci yarısında görülən işlərə dair DSX-dan HESABAT

2018/07/36556859_2585477058345113_6680983454705778688_n_1530604319.jpg
Oxunub: 3803     15:43     03 İyul 2018    
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sər­­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlər da­vam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, DSX əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı sayəsində iyun ayının ikinci yarısında 4 şəxsin saxta sənədlərlə, 3 nəfərin özgəsinə məxsus sənədlə Azər­­­­­­bay­can Respublika­sının döv­lət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

15 iyun tarixində Bakı–Riqa-Stokholm reysi ilə tranzit uçan 1987-ci il təvəllüdlü İraq vətəndaşı Omar Ahmed Hasaballahın İsveçin daimi yaşayış kartının özgəsinə məxsus olması aşkar olunub.

19 iyun tarixində Dubay–Bakı reysi ilə gələn RF vətəndaşı 1992-ci il təvəllüdlü İnalov Umar Alxamidoviçin sərhəd nəzarətinə təqdim etdiyi RF pas­­por­­t­unun məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə sax­ta­laş­­dırıl­ması müəyyən edilib. Saxlanılmış şəxsin üzərindən əlavə Ukraynaya da məxsus saxta pas­port aşkarlanıb. Araşdırma za­ma­nı U.İnalovun 2016-cı ildən RF-də federal axtarışda olması məlum olub.

20 iyun tarixində Sankt–Peterburq–Gəncə reysi ilə ölkəyə gələn AR vətəndaşı Gəncə şəhər sakini 1962-ci il təvəllüdlü Həsənov Fizuli Vəli oğlunun pasport nəzarətinə təqdim etdiyi pasportun qardaşı Həsənov Nizami Vəli oğluna məxsus olması aşkar edilib.

25 iyun tarixində Dubay-Bakı-Milan reysi ilə tranzit uçan Şri-Lan­ka vətəndaşı 1996-cı il təvəllüdlü Vijayaseelan Tanjeevanın İtaliyaya məxsus yaşayış kartının saxtalaşdırılması aş­kar olun­ub.

26 iyun tarixində Bakı–Moskva–Vyana reysi ilə tranzit uçan İraq vətən­daşı 1980-ci il tə­vəllüdlü Jaafar Ammar Musa Jaafarın Avstriya­ya məxsus yaşayış kartının saxta olması aşkar­lan­ıb.

26 iyun tarixində Bağdad–Bakı reysi ilə gələn İraq vətəndaşı 1999-cu il təvəllüdlü Al Saeed Muhammad Jawad Camalın pas­por­tundakı İran vizasında fotoşəkilin özgəsinə məxsus olması müəyyən edilib.

30 iyun tarixində İstanbul-Bakı reysi ilə gələn Bolqarıstan vətən­­daşı 1973-cü il təvəllüdlü Dmitrov Valentin Konstantinovun pas­­por­­tu­nun məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaş­dırıl­ması müəyyən edilib.

Saxlanılmış şəxslər barəsində müvafiq təd­bir­lər həyata keçiril­ib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dövlət-Sərhəd-Xidməti   Hesabat  


Bizi "telegram"da izləyin