NATO Rusiyaya qarşı mübarizə üçün hazırdırmı?

2018/07/Binnendijk_large_1530602518.jpg
Oxunub: 4182     15:29     03 İyul 2018    
NATO-ya üzv dövlətlərin Müdafiə nazirlərinin iyunun 7-də keçirdiyi iclasda qəbul edilən qərarlara rəğmən alyansın Rusiya ilə müqayisədə hansı səviyyədə olması hələ də şübhə doğurur.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əsas probemli məsələ bir çox hərbi qüvvənin hazırlıq səviyyəsinin yetərsizliyidir.

Ötən ay alyansa üzv dövlətlərin Müdafiə nazirləri səviyyəsində keçirilən sammitdə Baltik dənizinə əlavə 30 batalyon, 30 döyüş gəmisi və 30 qırıcı yerləşdirilməsi kimi qərarlar onu göstərir ki, alyans daxilində həm canlı qüvvə, həm də texniki-təchizat sarıdan problem demək olar ki, yoxdur.

Məsələ ilə bağlı münasibət bildirən NATO generalı bildirib ki, bu qədər geniş imkanlara baxmayaraq hərbçilərin hazırlıq vəziyyəti heç də ürəkaçan deyil.

“Məhz bu boşluğu fərq etmiş olmağımız bizi daha çox hərbi təlimlər keçməyə daha da stimullaşdırır. Buna görədir ki, alyans Baltikdə son zamanlar silsilə təlimlər təşkil edir. Lakin reallıq ondan ibarətdir ki, hazırda Aralıq dənizində, Qara dənizdə qüvvələr faktiki olaraq Rusiya ilə rəqabətə tab gətirə bilməyəcək vəziyyətdədir. Ona görə də sadəcə Baltik dənizindəki qüvvələrimizə fokuslanmaq heç də düzgün addım olmayacaq”, - deyə o qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya  


Bizi "telegram"da izləyin