Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı şirkətin mətbuat katibi Omar Torres bəyan edib.
O qeyd edib ki, hazırda şirkət ortalama olaraq ayda 20 ədəd F-35 təyyarə gövdəsi yığır.
"Biz bu rəqəmi gündə 1 təyyarə gövdəsi istehsalına, yəni ortalama olaraq aylıq 30 ədədə qaldırmağı planlaşdırırıq", - deyə o bildirib.
Qeyd edək ki, istehsal tezliyinin artırılmasının əsas məqsədi son zamanlarda ABŞ-ın şirkətə olan tələbatının artmasıdır.
Dəyanət Ağalarlı
Ordu.az