"Taliban" NATO-nu hədəf aldı: 2 mülki vətəndaş həlak oldu

2018/07/1200px-3RAR_Afghanistan_2008_1530599981.jpg
Oxunub: 2452     14:42     05 İyul 2018    
Əfqanıstanda NATO hərbi birliklərinə qarşı terror cəhdi baş verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, terror aktı Loqar vilayətində baş verib.

Hadisə ilə bağlı açıqlama bildirən hökumət sözcüsü Pur Əhmədzay bildirib ki, terrorçu qruplaşma ərazidəki NATO tankını hədəf alıb.

Məlumata əsasən hücum nəticəsində bir uşaq və biri qadın olmaqla 2 nəfər həlak olub, daha 3-ü də yaralanıb. NATO qüvvələrindən ölən və yaralananların olmadığı bildirilir.

Qeyd edək ki, hücumda Taliban təqsirkar bilinir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   NATO   Taliban  


Bizi "telegram"da izləyin