Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Pentaqondan yayılıb.
Bəyanatda qeyd olunub ki, ABŞ İraqın Suriya ilə sərhədinə daha 250-ə qədər hərbçi yerləşdirəcək.
Bildirilir ki, hazırda ABŞ İraqda 5000 nəfərlik hərbi qüvvə saxlayır ki, Suriya ilə sərhəddə yerləşdiriləcək olan əlavə hərbi birliklər də məhz bu qüvvələrin arasından seçiləcək.
Qeyd edək ki, daha öncə ABŞ-ın ərazidə 150 hərbçisi fəaliyyət göstərirdi.
Dəyanət Ağalarlı
Ordu.az