ABŞ-ın Kiber Komandanlığı özünün yeni proqram təminatını əldə etmək istəyir

2018/07/idga-cyber3_1530598378.jpg
Oxunub: 1810     14:13     03 İyul 2018    
Pentaqon daxilindəki kiber Komandanlıq ABŞ-ın milli təhlükəsizliyi üçün açar rolu oynayacaq yeni bir platformanın hazırlanması üzərində işləyir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bölmənin rəhbəri general Paul Nakason bildirib.

O qeyd edib ki, son dövrlərdə ABŞ kiber hücuma ən çox məruz qalan ölkələr arasında birincidir. Bu eyni zamanda daxildə hökumətin bu hücumlara qarşı fəaliyyətini də stimullaşdırır.

“Hazırda istifadə olunan proqram təminatı Kəşfiyyat idarəsi və Pentaqonun ortaq platformasıdır. Bu platforma qurumlararası bir şəbəkə olduğu üçün onun təhlükəsizliyi sual altına düşür. Buna görə bizim Kiber Komandanlıq bu sahədə Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin fəaliyyətini bir-birindən ayırmaq məqsədilə yeni bir proqram təminatının formalaşdırılması üzərində işləyir. Bu şəbəkə ABŞ-ı kiber hücumlara qarşı daha güclü və təhlükəsiz edəcək”, - deyə Paul bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Pentaqon   Kiber-Təhlükəsizlik  


Bizi "telegram"da izləyin