Türkiyə Silahlı Qüvvələri ABŞ ordusu ilə birlikdə “Fərat Qalxanı” əməliyyatının ərazisi ilə Münbic arasında qalan zolaqda səkkizinci patrul reydini həyata keçirib.
Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə TSQ-nin Baş Qərargahı məlumat yayıb.
Qeyd edək ki, Türkiyə və ABŞ arasında qəbul edilən Münbic Yol xəritəsi əsasında TSQ iyunun 18-dən etibarən mütəmadi olaraq Münbicdə patrul yürüşləri həyata keçirir.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Türkiyə
ABŞ
Münbic