Tu-22M3M 4 ədəd “Kinjal” raketi daşıya biləcək

2018/07/1065959617_1530539314.jpg
Oxunub: 4417     02:54     03 İyul 2018    
Rusiyanın uzaq mənzilli Tu-22M3M bombardmançı təyyarəsi eyni zamanda 4 ədəd “Kinjal” hipersəs raketi daşımağa qadir olacaq.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə sənayesində olan mənbə bildirib.

Mənbənin sözlərinə görə, artıq Tu-22M3M-də “Kinjal” raketi sınaqdan keçirilib və təyyarə bu sınaqlarda 4 raket daşıma imkanına malik olduğunu göstərib.

Eyni zamanda raketlər MiQ-31BM təyyarələrinə də quraşdırılıb. Burda isə hər qırıcıya bir sistem əlavə edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MiQ-31BM   Tu-22M3M  


Bizi "telegram"da izləyin