Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, imzalanan müqavilənin dəyəri 68 milyon dollardır və 2022-ci ilin sentyabrında yekunlaşacaq.
Müqavilə əsasında kompaniya donanmanın MK 49 idarəolunan raket atış sistemi üzərində işləyəcək. Fırlanan Təyyarə Raketi İdarəolunan Raket Silah Sistemi ABŞ və Almaniya arasındakı Beynləlxalq Kooperativ təşəbbüs altında birgə istehsal olunur.
O, supersəs, yüngül çəkili, cəld reaksiya atdım-unutdum silahıdır. Raket düşmən helikopterləri, təyyarələr, səth daşıyıcılarına qarşı nəzərdə tutulub.
Ağalar Ağalarlı
Ordu.az