Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ordunun polkovniki Əli Məqsud bildirib.
Onun sözlərinə görə, hökumət qüvvələri son bir neçə gün ərzində Derada 1800kv-km ərazini terrorçulardan azad edib. Bu uğurlardan sonra ordu artıq bölgədə münaqişəni birdəfəlik bitirmək istəyir.
Məlumata görə, Dera və Sveydə əhalisinin mütləq əksəriyyəti terrorçuların ərazilərindən çıxarılmasını istəyirlər. Eyni zamanda artıq hökumət qüvvələri İordaniya ilə sərhədin 2 km-liyinə çatıblar.
Ağalar Ağalarlı
Ordu.az