“Lockheed” hipersəs gücləndiricilərini tədqiq etməyə davam edir

2018/07/45645_1530538515.jpg
Oxunub: 2185     01:10     03 İyul 2018    
“Lockheed Martin” kompaniyası hipersəs texnologiyalarına dair tədqiqatlarını davam etdirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, kompaniya bununla əlaqədar ABŞ-ın Strateji Sistemlər Proqramları ilə 11,8 milyon dollarlıq müqavilə imzalayıb.

Məlumata görə, müqavilə çərçivəsində firma hipersəs gücləndirici texnologiyaların təkmilləşdirilməsi yollarını araşdıracaq.

Qeyd edək ki, hipersəs raketləri Max 5 və Max 10 arası sürətlə hərəkət edən raketlərə deyilir. Onlar saniyəyə 1-5 mil məsafə qət edə bilirlər. Çin, Rusiya və ABŞ hazırda çox ciddi şəkildə bu raketlərin tədqiqini həyata keçirir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed   Hipersəs-raketləri  


Bizi "telegram"da izləyin