Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Heç bir şübhə yoxdur ki, Moskva və Vaşinqton mövqeləri bir çox nöqtədə kəskin ziddiyyət təşkil edir. Lakin siz siyasi həllə doğru addımlar atıldığını müşahidə edə bilərsiz. Qarşılıqlı anlaşmalar genişlənir”, - deyə Peskov vurğulayıb.
Donald Trampın Helsinkidə Putinlə Krımı müzakirə etməyi planlaşdırmasına dair bəyanatına toxunun Peskov Qara dənizdəki bu yarımadanın Rusiyanın ərazisi olmasına dair müzakirələrin beynəlxalq danışıqların gündəmində ola bilməyəcəyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az