Rusiya orbitə yeni nəsil peyk buraxacaq

2018/07/5_1530538389.jpg
Oxunub: 3152     00:32     03 İyul 2018    
“Rusiya ölkənin şiamlındakı “Plesetsk” aerodromundan yeni nəsil “Glonass-K2” peykini orbitə çıxaracaq”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə İnformasiya Peyk Sistemlərinin icraçı direktoru Nikolay Testoyedov bildirib

İnformasiya Peyk Sistemləri “Glonass” peyklərinin istehsalçısıdır. Rusiyanın “Glonass” qlobal peyk naviqasiya sisteminin əsas dizayneri Sergey Karutin peykin inşasının başa çatdığını bildirib.

Peyk “Soyuz-2” daşıyıcı raketinin göyərtəsində kosmosa göndəriləcək. Onun göndərilməsi üçün qeyd edilən aerodromda hansısa problem çıxsa, alternativ variant kimi Rusiyanın uzaq şərqindəki Vostoçni kosmodromundan “Anqara” raketi nəzərdə tutulub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Soyuz-2  


Bizi "telegram"da izləyin