Romanı unudun: Pentaqonun Liviyadakı sakit dron müharibəsi

2018/07/6_1530538151.jpg
Oxunub: 2516     23:51     04 İyul 2018    
ABŞ ordusunun Yəmə və Somali kimi ölkələrdə münaqişələrə ABŞ ordusunun qarışmasının artması ilə yanaşı, yeni analizlərdə Pentaqonun Liviyada da fəaliyyətini artırdığı bildirilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2011-ci ildən bu vaxta qədər ABŞ ordusu Liviyada 550 dron əməliyyatı həyata keçirib. Bu isə Yəmən, Somali və hətta Pakistanda edilən əməliyyatları geridə qoyur.

Məlumata görə, ABŞ ordusu Liviyada aktiv şəkildə İŞİD-ə qarşı mübarizə aparır. Xüsusilə bu hücumların böyük bir hissəsi, təxminən 300-ü 2016-cı ilin avqust-dekabr aylarında həyata keçirilib.

Müqayisə üçün qeyd edək ki, həmin dövr ərzində Somali, Yəmən və Pakistanda ümumilikdə 42 dron əməliyyatı baş tutub. Bu isə o deməkdir ki, təkcə Liviyadakı hücumların sayı digər üç ölkədəkindən 7 dəfə çoxdur.

Bu hücumların Obama administrasiyasının son dövrlərinə yaxın intensiv hal almasına baxmayaraq, onlar Tramp hökuməti zamanı da davam etdirilib. Tramp administrasiyası ötən ilin payızından bu yana Liviyada 18 hava hücumu həyata keçirib.

Xırda tarixi məqam burda diqqətdən yayınmır. Belə ki, ilk modern hava hücumu ilk dəfə 1911-ci ildə Liviyada həyata keçirilib.

1911-ci ilin noyabr ayında İtaliya və Osmanlı İmperiyasına sadiq qüvvələr arasında baş verən döyüş zamanı leytenant Ciulio Qavotti atasına belə bir məktub yazır: “Bu gün bombaları təyyarədən atmağa cəhd etmə qərarına gəldim. İlk dəfədir ki, biz belə bir şeyi edəcəyik və əgər uğurlu olsaq, mən həqiqətən də onu edən ilk şəxs olmaqdan məmnun olaram”.

Və daha sonra tezliklə leytenant özünün köhnəlmiş təyyarəsi ilə havaya yüksəldi və aşağıdakı səhralıq vahədə irəliləyən qoşunlara bombalar yağdırdı.

Romanı unudun: Bütün yollar Liviyaya aparır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Liviya   Dron-müharibəsi  


Bizi "telegram"da izləyin