Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Hindistan Müdafiə naziri Nirmala Sitharaman beş ədəd S-400-ün alınmasına dair müqaviləni Maliyyə və Baş nazirə təqdim edib.
Hazırda hökumətin son təsdiqini gözləyən müqavilənin dəyəri 6 milyard dollara yaxındır. Eyni zamanda ötən ilin sonlarında Hindistanın NASA-ya bənzər kosmik agentliyi olan ISRO ABŞ üçün peyklər buraxmaq haqqı əldə etdi. Bu gün Hindistan dünyanın 10-cu ən böyük iqtisadiyyatına sahibdir.
Onun 130-dan çox Hindistan istehsalı nüvə başlıqlı batareyası var. Ölkənin qarşıdakı on ildə bu mənada 215 nüvə başlığına sahib Britaniyanı geridə qoyması gözlənilir. Onun nüvə büdcəsi 5 milyard dollara yaxındır.
Lakin ölkədə yoxsulluq səviyyəsi çox yüksək səviyyədə qalmaqdadır. Beynəlxalq İnkişaf Departamentinin hesablamalarına görə, Hindistan 215-ci ildə 186 milyon funtsterlinq xarici yardım əldə edib.
Eyni zamanda Britaniya Hindistana ənənəvi yardım çatdırır. Britaniyanın 2017-2018-ci illər ərzində Hindistana yardım büdcəsində 30 milyon dollar ənənəvi yardım, 30 milyon dollar isə inkişaf yardımı ayrılması nəzərdə tutulub.
Ağalar Ağalarlı
Ordu.az