Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu bazarın həcmi 2014-2017-ci illər ərzində daimi olaraq orta hesabla 3,66%-lik böyümə dərəcəsini qoruyub saxlayıb.
Nəticədə bazar 2014-cü ildə 90 milyard dollarlıq dəyərdən ötən il 100 milyard 250 milyon dollara çatıb. Analitiklər qarşıdakı bir neçə il ərzində də bu bazarın böyüməyə davam edəcəyini düşünür. Onların hesablamalarına görə, bu rəqəm 2022-ci ildə 119 milyard 390 milyon dollara çatacaq.
Bu bazar üzrə texnologiyaların əsas istehsalçı şirkətləri isə “Lockheed Martin”, “Raytheon”, “BAE Systems”, “General Dynamics”, “Elbit Systems”, “Thales”, “Leonardo” və s.-dir.
Ağalar Ağalarlı
Ordu.az