Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, ən son göstəricilərə görə, Rusiya Silahlı Qüvvələrində müasir silahların payı artıq 60%-ə çatır.
Cəmi 6 il öncə isə bu rəqəm 16%-dən az olub. Həyata keçirilən strategiya nəticəsində 2021-ci ilə qədər ordunun arsenalındakı müasir silahların payının 70%-ə çatdırılması hədəflənib.
Rusiyanın qabaqcıl “Kinjal” havadan atılan hipersəs raket kompleksi artıq ölkənin cənub hərb dairəsində eksperimental döyüş tapşırığı həyata keçirir. Qarşıdakı il ərzində isə “Sarmat” qitələrarası ballistik raketin orduya çatdırılması planlaşdırılır.
Ağalar Ağalarlı
Ordu.az