“Britaniyanın hərbi gücü aşınma riskindədir” – Mettis

2018/07/6456_1530530216.jpg
Oxunub: 1816     19:16     02 İyul 2018    
ABŞ prezidentinin NATO ölkələrinin liderləri ilə görüşü ərəfəsində ABŞ Müdafiə naziri Ceyms Mettisin britaniyalı həmkarı Qavin Uilyamsona ünvanladığı məktub yayılıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, məktubda Mettis Uilyamsonla son dərəcə açıq olmağa çalışıb.

O, bildirib ki, məktubda Birləşmiş Krallığın özünün müdafiə qabiliyyətlərini gücləndirməyəcəyi təqdirdə “ABŞ və Britaniya arasında olan xüsusi münasibətlər” dalana dirənə bilər.

Mettis Britaniyanın hərbi gücünün və diplomatik təsirinin aşınma riski ilə üz-üzə qalmasından Vaşinqtonun narahat olduğunu çatdırıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mettis   NATO  


Bizi "telegram"da izləyin