TSQ Şimali İraqda terrorçuların bazasını mühasirəyə alıb

2018/07/turk_army_soldier_060618_1530527037.jpg
Oxunub: 3014     18:21     02 İyul 2018    
Türkiyə ordusu İraqın şimalında geniş miqyaslı anti-terror əməliyyatlarını davam etdirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatlar PKK terror qruplaşmasına qarşı keçirilir.

Türkiyə Müdafiə Nazirliyindən məsələ ilə bağlı verilən bəyanatda qeyd olunub ki, havadan və qurudan həyata keçirilən hücumlar nəticəsində terrorçulara məxsus baza mühasirəyə alınıb.

Bildirilir ki, terrorçulara təslim olmaq əmri verilib. Əks təqdirdə ordu bazaya havadan artilleriya hücumu həyata keçirəcək.

Qeyd edək ki, iyulun 11-dən başlanan anti-terror əməliyyatlarında indiyə kimi 14 PKK bazası məhv edilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   PKK  


Bizi "telegram"da izləyin