Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Suriya Müdafiə Nazirliyindən yayılıb.
Bəyanatda bildirilir ki, ordu hazırda İordaniya ilə sərhəddən 7 km-lik məsafədədir.
“4000 nəfər hərbçidən və çox sayda zirehli texnikadan və tanklardan ibarət böyük hərbi karvan Əl-Tayyibah şəhərini ələ keçirmək üçün yola düşüb. Əl-Tayyibah şəhərinin üsyançılardan azad edilməsi ilə birlikdə ərazidəki Nəssib sərhəd keçid məntəqəsi də ələ keçirilmiş olacaq ki, bu da İordaniyaya birbaşa çıxışın əldə edilməsi mənasına gəlir”, - deyə bəyanatda bildirilib.
Dəyanət Ağalarlı
Ordu.az