ABŞ hərbi karvanları Münbicə daxil olub

2018/07/345345_1530525348.jpg
Oxunub: 2465     17:43     02 İyul 2018    
Bu gün ABŞ-a məxsus daha 2 hərbi karvan Münbicə daxil olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Pentaqon yayıb.

Bəyanatda qeyd olunub ki, ümumilikdə 12 döyüş maşınından və bir neçə zirehli texnikadan ibarət 2 müxtəlif karvandan biri Münbicin Əl-Sayedah, digəri isə Aun Əl-Dadat şəhərinə yönəlib.

Qeyd edək ki, hərbi karvanların ərazidəki patrul birliklərinə qoşulması gözlənilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Münbic  


Bizi "telegram"da izləyin