TSQ son bir həftədə 21 terrorçunu zərərsizləşdirib

2018/07/thumbs_b_c_53a1281f8242d555bc87e97946eb2d18_1530523370.jpg
Oxunub: 1758     17:30     02 İyul 2018    
Türkiyə Daxili İşlər Nazirliyi 25 iyun – 2 iyul tarixlərində həyata keçirilən anti-terror əməliyyatlarının hesabatını yayımlayıb.

Ordu.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, son 1 həftə ərzində Türkiyə ordusu 1363 dəfə anti-terror aktı həyata keçirib.

Hesabatda bildirilir ki, qeyd olunan dövr ərzində 21 terrorçu öldürülüb, 4 terrorçu sağ ələ keçirilib və daha 11-i isə öz istəkləri ilə təslim olub.

Ümumilikdə PKK və İŞİD üzvü olan 36 terrorçunu təsirsiz vəziyyətə gətirildiyi əməliyyatlar 3 ölkədə - Türkiyə, İraq və Suriyada həyata keçirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   Əməliyyatlar  


Bizi "telegram"da izləyin