İsrail Suriya sərhəddinə əlavə hərbi qüvvələr toplayır

2018/07/456456_1530522018.jpg
Oxunub: 1586     16:58     02 İyul 2018    
İsrail ordusuna məxsus çox sayda tank və zirehli döyüş maşını Suriya ilə sərhəd Colan təpələri yaxınlığına gətirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama İsrail Müdafiə Nazirliyindən səsləndirilib.

Bəyanatda qeyd olunub ki, İsrail Quru Qoşunlarının 210-cu diviziyası çox sayda zirehli texnika ilə birlikdə Suriya sərhəddinə yerləşdirilib.

Qeyd edək ki, bu addım Suriya ordusunun ərazidə keçirdiyi uğurlu əməliyyatlar nəticəsində İsrail sərhəddində möhkəmlənməsindən sonra atılıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail-Suriya   Colan  


Bizi "telegram"da izləyin