Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi bəyanat Böyük Britaniya Müdafiə Naziri Qavin Vilyamson tərəfindən səsləndirilib.
O qeyd edib ki, təmsil etdiyi hökumət ABŞ Müdafiə Naziri Ceyms Mettisin imzası altında ABŞ-dan ultimatum mesajı alıb.
“Cənab Mettis Baş nazir Tereza Meyə ünvanlandırdığı məktubda Böyük Britaniyanın ən qısa zamanda hərbi xərcləri artırmalı olduğunu bildirib. O qeyd edib ki, ABŞ və Fransa qlobal aktorlar kimi müdafiə xərclərinin artırılması və razılaşdırılmış səviyyəyə çatdırılması ilə bağlı üzərlərinə düşəni ediblər. İndi isə sıra Böyük Britaniyadadır. Hətta Mettis qeyd edib ki, ABŞ-ın tələbi yerinə yetirilməsə Vaşinqton Londonla münasibətlərini yenidən gözdən keçirməli olacaq”, - deyə Vilyamsonun bəyanatında bildirilib.
Dəyanət Ağalarlı
Ordu.az