Ordu.az RT-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Enerji Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Enerji Nazirliyinin Milli Nüvə Təhlükəsizlik İdarəsi və ABŞ HHQ iki qeyri-nüvə sisteminin B61-12 bombası ilə uçuş sınağını tamamlayıb. Bu sınaqlar B-2A “Spirit” bombardmançılarının B61-12 üçün həyata keçirdiyi ilk sınaqdır”, - deyə Nazirliyin məlumatında qeyd olunub.
Məlumata görə, sınaqların məqsədi isə bombanın istifadə müddətini daha 20 il uzatmaq məqsədilə onun hazırkı vəziyyətinin qiymətləndirilməsidir.
Ağalar Ağalarlı
Ordu.az