Banqladeşdə hərbi təyyarə qəzaya uğrayıb: 2 pilot ölüb

2018/07/34534_1530514186.jpg
Oxunub: 4209     14:48     02 İyul 2018    
Banqladeş HHQ-ə məxsus təyyarə təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla ötən gün saat 15:00 radələrində baş verib.

Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus K-8W qırıcısı Cessore bölgəsində təlim məqsədli uçuşlar həyata keçirərkən baş verən nasazlıqdan dolayı qəzaya uğrayıb.

Banqladeş Müdafiə Nazirliyindən məsələ ilə bağlı yayılan məlumatda bildirilir ki, qəza nəticəsində təyyarədəki hər 2 pilot həlak olub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Banqladeş   Təyyarə   Qəza  


Bizi "telegram"da izləyin