Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, nazir bu barədə açıqlamanı NATO Baş katibi Stoltenberqin dəvətindən sonra edib.
O bildirib ki, dəvəti müsbət qiymətləndirir və bu fürsəti maksimum dəyərləndirməyi düşünür.
Belə ki, Abe sammit çərçivəsində NATO Baş katibi Stoltenberq və ABŞ prezidenti Donald Trampla görüşmək fikrindədir.
Qeyd edək ki, görüşlər zamanı NATO və Yaponiya arasında ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və Yaponiyanın bölgədəki rolu ilə bağlı danışıqların aparılması gözlənilir.
Dəyanət Ağalarlı
Ordu.az