Britaniya MN Hindistana təzyiq edir?

2018/07/457676_1530512528.jpeg
Oxunub: 2469     14:21     02 İyul 2018    
Hindistan Müdafiə naziri Nirmala Sitharaman Britaniya Müdafiə naziri Qavin Uilyamsonun onunla planlaşdırılan görüşü ləğv etdiyinə dair yayılan xəbərləri rədd edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, daha öncə Hindistanın bəzi media qurumları Uilyamsonun Londonda Sitharamanla görüşdən imtina etdiyini bildirib.

Sitharaman Britaniya-Hindistan həftəsindən dolayı Londona getməyi planlaşdırırdı. Bunun səbəbinin nə olması göstərilməsə də, Birləşmiş Krallığın Hindistandan müdafiə sahəsində üstünlüklər əldə etməyə çalışdığı ehtimal edilir.

Lakin Sitharaman tvitter hesabı vasitəsilə bu məlumatların heç bir əsasa söykənmədiyini və iki ölkə arasında möhkəm əlaqələrin mövcud olduğunu vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Hindistan  


Bizi "telegram"da izləyin